Mədəkiçiltmə əməliyyatından sonra ortaya çıxan QORXUNC FƏSADLAR

Mədəkiçiltmə əməliyyatından sonra ortaya çıxan QORXUNC FƏSADLAR

Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatından sonra ortaya çıxan QORXUNC FƏSADLAR

152053

Son illər ölkəmizdə mədəkiçiltmə əməliyyatı sanki bir dəb halını alıb. Əgər əvvəllər artıq çəkidən qurtulmaq istəyən bir çox insanlar pəhriz saxlayıb, idman salonlarına gedirdisə, indi əksəriyyət daha “rahat” üsula – mədəkiçiltmə əməliyyatına üz tutur. 

Mütəxəssislər qeyd edir ki, 1988-ci ildən tətbiq edilən bu əməliyyatın ən böyük üstünlüyü onun digər bariatrik əməliyyatlar arasında ən az riskli olmasıdır. 

Həmçinin, belə əməliyyatdan sonra da qidanın mədəyə, mədədən nazik bağırsağa keçməsi prosesi pozulmur. Cərrahi əməliyyatın müddəti təxminən 50-55 dəqiqə çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada daha çox qadınlar kökəlməyə meyillidir. Belə ki, dünyada qadınların 40-42 faizi, kişilərin isə 36-38 faizi artıq çəkidən əziyyət çəkir. Bəlkə elə buna görə son zamanlar mədəkiçiltmə əməliyyatına daha çox qadınlar üz tutur. Axı, qadınlar hər zaman daha incə və gözəl görünmək istəyirlər. 

Bəs, mədəkiçiltmə əməliyyatının hansı riskləri var? Həkimlər qeyd edirlər ki, əməliyyatdan sonra bəzi risqlər və fəsadlar ola bilər. 

Hamiləlik riskli keçir

Qadınlarda ən azı 18 aya qədər hamiləliyin riskli ola biləcəyi ehtimalı var. Əməliyyatdan sonra adətən xüsusi  corablar geyinilir  və eləcə də qan durulaşdırıcı vasitələrdən  istifadə olunur. Qan laxtalanma riskini minimuma endirmək üçün edilən bu addımlar da bəzən müəyyən fəsadlar yaradır.

Yaranın iltihabı

Arıqlamaq üçün həyata keçirilən bariatrik cərrahiyyədən sonra yaralar sağalma prosesində ikən infeksiya qapma ehtimalı böyükdür. Bəzən əməliyyatdan sonra dəridə qızartı, istilik və ya şişkinlik hiss olunur. Bu artıq yaranın iltihabıdır.

Bağırsaqların obstruksiyası

Əməliyyatdan sonra balanslaşdırılmış pəhriz həyata keçirməklə orqanizmin enerji və qida maddələrinə olan tələbatı tam ödənilmir. Və qida çatışmazlığı riski yaranır.

Öd daşının əmələ gəlməsi

Bariatrik əməliyyatdan sonrakı iki il ərzində öd daşı əmələ gələ bilər. Tez-tez rast gəlinən bu hal gilin sürətlə ötürülməməsi üzündən öd kisəsində kiçik və sərt daşlar əmələ gəlir. Əgər əməliyyatdan sonra öd daşı əmələ gələrsə, onda öd kisəsinin çıxarılması da zərurətə çevrilir.

Əməliyyatdan sonrakı bədəndə həddindən artıq qıvrımlar və qırışlar

Bariatrik əməliyyatdan sonra arıqlamağa başladığınızda sinə, qarın və omba nahiyələrində və bədən hissələrinin ətrafında həddindən artıq qırışlar yarana bilər. Bu vəziyyətdə isə növbəti əməliyyata getmək vacibliyi yaranır. Yəni artıq dərini çıxarmaq üçün  abdominoplastikaya əməliyyatı keçirilir.

Mədə kiçilməsi əməliyyatından sonra ölüm riski

Nəzərə alınmalıdır ki, arıqlama əməliyyatı böyük bir əməliyyatdır. Bariatrik cərrahiyyədə çox nadir olsa da, ciddi fəsadlardan sonra ölüm riski də qaçılmazdır. Hamiləlikdə şəkərli diabeti yoxlamaq üçün istifadə edilən qlükoza tolerantlıq testi mədəkiçiltmə əməliyyatından sonra yaxşı tolere edilmir, çünki dempinq sindromu yaradır. Belə halların qarşısını almaq üçün test zamanı çox istifadə edilən qlükoza siropunu içmək məsləhət görülmür və əvəzində alternativ tapılmalıdır. Məsələn, bir həftə ərzində səhər acqarına və səhər yeməyindən sonra qan şəkərinin səviyyəsini ölçmək lazımdır.

Saç tökülməsi

Bariatrik əməliyyatdan sonra da sürətlı atılan çəki zamanı saçlar tökülə bilər. Saçtökülmə adətən əməliyyatdan sonrakı 6 ayda baş verir. Çünki, istənilən əməliyyat fizioloji stress yaradır. Bu stress nəticəsində qida maddələri həyati orqanlara (ürək və beyin kimi) çatdırılmasında əngəllər yaradır. Nəticədə saç köklərinin 30-40 faizi məhv olur. 

Bəs, bu qədər risqlərə rəğmən mədəkiçiltmə əməliyyatı niyə bu qədər dəbdədir?

Psixoloq Gülnar Orucova mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşüb. Onun sözlərinə görə son zamanlarda gənclərin bu tip estetik əməliyyatlara marağının artmasına səbəb sosial şəbəkələrdir:

“Ümumiyyətlə son dönəmlərdə xüsusilə gənc xanımların estetik əməliyyatlara eləcə də mədəkiçiltməyə   çox müraciət edirlər. Halbuki, mədəkiçiltmə əməliyyatından öncə müəyyən bədən kütlə indeksini yoxlamaq lazımdır. Bədən kütlə indeksi artıq olarsa o zaman əməliyyat etdirilə bilər. Amma hazırda baxırıq ki, hətta 80 kiloqram olan xanım üzərində əməliyyat aparılır. Belə hallarda nəticələr heç də ürəkaçan olmur.

Nəticədə həmin insanlar anoreksiya vəziyyətində yaşayırlar. Bu cür risqli əməliyyatlar göstərir ki, gözəlliyin standartları dəyişib və standartlarda  uyğunsuzluq yaranıb. Çox təəssüf ki, yeni “standartlar”ın fərqinə varmadıqları üçün bir çox insanlar uçuruma sürüklənir. Və yaş artıqca bu öz mənfi təsirlərini sübut biruzə verir.”

Həkim Rasif Bağırovun sözlərinə görə isə bu əməliyyatı adətən iradəsi zəif, dieata saxlaya bilməyən insanlar edir:

“Mədəkiçiltmə əməliyyatı odur ki, mədəyə dairəvi bir yumşaq maddə qoyurlar. Bu da insan çox qida qəbul etməyə imkan vermir, insan tez doyduğunu düşünür. Əslində mədənin divarinda olan reseptorlar  heç yemək yox, hava ilə dolanda da beynə siqnalı ötürür ki, “hə, yedik doyduq”. 

Yəni doyma hissi yaradır. Xəstə də elə bilirki doyub.  Həmin şar deyilən cihazi mədəyə yerləşdirəndə görünür ki, qidanı yeyən zaman mədənin digər hissəsində də doyma effekti yaradır. Beləcə, insanda  tez zamanda doyma hissi yaranır və qidani qəbul etmək istəmir.
Nəticədə  gün ərzində qəbul etdiyi qidanın miqdarı azalır.  Azaldığına görə də xəstələrdə arıqlama prosesi gedir. İnsan özü dieta saxlaması bu boyda prosesə getməsindən yaxşıdır”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO