Polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin məhkəməsi BAŞLAYIR

Polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin məhkəməsi BAŞLAYIR

Hazırda oxunan: Polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin məhkəməsi BAŞLAYIR

152047

Hakimiyyət nümayəndəsinə müqavimət göstərərkən ehtiyatsızlıqdan həmkəndlisini öldürən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib. 

Baş Prokurorluqdan Bizim.Media-ya verilən xəbərə görə, aprelin 26-da Sabirabad rayon Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

İstintaqla Sabirabad rayon Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO