“Elə məhsullar var ki, onlar yüksək risk qrupuna aid edilir. Bunlardan biri də süd və süd məhsullarıdır və tez bir vaxtda xarab olmağa meyilli olurlar. Ancaq təəssüf ki, belə məhsullar qida üçün yararlı olmayan qablarda, əsasən də polietilen qablaşdırmada istehsal edilir və uzun müddət saxlanılır”.
Bu sözləri Bizim.Media saytına açıqlayan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, həmin torbaların tərkibindəki “Besiminol-A” maddəsi xərçəng xassəlidir və insan orqanizmində bu xəstəliyin törənməsində birbaşa rol oynayır.
Onun sözlərinə görə, temperatur yüksəldikcə, həmin maddə sürətlə qidaya keçir:
“Bu qidalardan istifadə etdikdə isə, onlarda xərçəngə yoluxma riski daha da artır. Xüsusilə də azyaşlı uşaqlarin orqanizmində ciddi fəsadlara yol açır və bu riski daha da artırır. Əgər özümüzün və övladlarımızın sağlamlığının qayğısına qalmaq istəyiriksə, aldığımız məhsulun düzgün şəkildə saxlanılmasına, temperatur rejiminə, mal qonşuluğu prinsipi və digər qaydalara əməl edək”.
Ekspert vurğuladı ki, bəzi süd məhsullarını, xüsusilə də pendiri saatlarla açıq hava şəraitində və yüksək temperaturda saxladıqda tərkibi dəyişir:
“Nə qədər keyfiyyətli məhsul olsa da, saxlanma qaydalarına əməl olunmadığı və soyuq zəncir prinsipi pozulduğu üçün təhlükəli hal alır. Buna görə də insan orqanizmində qida zəhərlənməsinə, qida sisteminin pozulmasına, hətta ölümə səbəb olur. Hətta ümmun sistemi güclü olan insanlarda hər hansı bir zəhərlənmə baş verməsə də, daxili orqanların, əsasən də həzm sisteminin pozulması halı baş verir”.
M.Hüseynova onu da qeyd etdi ki, bəzən satışda xəstə heyvanlardan əldə edilmiş süd məhsullarının satışına da rast gəlmək olur:
“Buna görə də vətəndaşları belə hallarda ehtiyatlı olmağa çağırıram! İri və və xırda buynuzlu heyvanlarda xəstəlik zamanı ortaya çıxan brüsselyoza, samonella və ya ekolen kimi bakteriyalar rahat şəkildə insan orqanizminə yoluxur, bi müddət gizli şəkildə yaşayır, qəfildən çox ciddi və ağır fəsadlara səbəb olurlar”.
Müsahibimiz, istehklakçılara küçələrdə açıq və ya səyyar şəkildə satılan süd, qatıq və digər ərzaq məhsullarından uzaq durmağı tövsiyə etdi:
“Belə qidalardan özümüzü qorumağa çalışmalıyıq. Çünki, səyyar satıcı özü məhsulunu tez satıb pul qazanmağı düşünür və onun üçün satdığı məhsulun sağlam və xarab olması maraqlı deyil. Xoşagəlməz hal baş verdikdə isə vətəndaş hara müraciət və kimə edəcəyini bilmir. Belə olan halda isə həm istehlakçı hüquqları pozulur, həm də sağlamlığa böyük zərər dəyir”.
Ekspert qeyd eydi ki, bu amilləri nəzərə alaraq istehsal yeri, istehsalçı müəssisənin adı məlum olmayan belə məhsullardan uzaq olmaq lazımdır:
“Düzgün paketlənmiş, istehsal yeri və mənşəyi bəlli olan məhsulların alınmasına, o cümlədən üzərindəki etiketlənmə və markalanma qaydalarına diqqət yetirmək lazımdır. Əgər evdə soyuducu siztemi və ya otaq temperaturu normal təzyiqdə deyilsə və aldığınız süd məhsullarını düzgün şəkildə saxlaya bilməyəcəksinizsə, o zaman ya alan kimi istehlak edin, ya da az-az alın”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 23.08.2023
Süd məhsullarını polietilen qablarda saxlamaq xərçəngə SƏBƏB OLUR - XƏBƏRDARLIQ
Hazırda oxunan: Süd məhsullarını polietilen qablarda saxlamaq xərçəngə SƏBƏB OLUR - XƏBƏRDARLIQ
Hazırda oxunan: Süd məhsullarını polietilen qablarda saxlamaq xərçəngə SƏBƏB OLUR - XƏBƏRDARLIQ
152037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.