Kütləvi yayılan infeksiyaların səbəbi nədir? - həkimdən mühüm XƏBƏRDARLIQ 

Kütləvi yayılan infeksiyaların səbəbi nədir? - həkimdən mühüm XƏBƏRDARLIQ 

Hazırda oxunan: Kütləvi yayılan infeksiyaların səbəbi nədir? - həkimdən mühüm XƏBƏRDARLIQ 

151921

Son günlər əhalinin çox hissəsində halsızlıq, ürəkbulanma və mütəmadi baş ağrıları kimi kütləvi narahatlıqlar baş qaldırıb. İlk baxışdan günvurma kimi görünsə də, həkimlər bunun infeksiya olduğunu və mütləq şəkildə ehtiyatlı olmağı  tövsiyə edir. 

Ümumiyyətlə yay fəsli olduğu üçün isti-soyuq bilmədən səhv şəkildə qəbul etdiyimiz hər şey infeksiya mənbəyi ola bilər. Mütəxəssislər sonradan belə kiçik problemlərin böyük sağlamlıq problemlərinə yol açdığını və vaxtında ehtiyat tədbirləri görülməsinin vacibliyini bildirir. 

Bəs sözügedən infeksiyalar nədən yaranır və özümüzü necə qoruya bilərik?

Mövzu ilə bağlı İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, infeksiyaya əsas səbəb soyuq qidaların tez-tez yeyilməsi, çox soyuq içkilərin içilməsinə görədir.

‘’Yay fəslində virus infeksiyaları sporadik şəkildə olur. İndi rast gəldiyimiz bakteriyalar infeksiyalardır. Xüsusilə də uşaqlarda həssaslıq yaradır ki, bunun da bir neçə səbəbi var.

Əsasən uşaqlarda rastlanan angina, farengit bu simptomlardır.  İnfeksiya özünü əsasən öskürəklə göstərir. Daha ağır hallarda  qızdırma  bəzən isə qulaq ağrıları, boğaz ağrısı ilə də müşahidə edilir’’.

Həkim qeyd edib ki, 10-15 gündür kəskin isti keçən havalarda qidaların düzgün saxlanılmamasına görə mədə-bağırsaq infeksiyalarının sayında xeyli artım var. Nəticədə infeksiya halsızlıq, baş gicəllənməsi, baş ağrıları və qızdırmanın hətta 39 dərəcəyə qədər qalxmasına səbəb olur.

“Bilirik ki, ətrafımız bakteriyalarla doludur. Qidanı otaq temperaturunda bir neçə saat saxlamağımız kifayət edir ki, o qidada çox surətli şəkildə bakteriyalar inkişaf etsin və çoxalsın.

Biz həmin şəkildə qidaları yedikdə isə mədə-bağırsaq infeksiyası, xəstəlikləri və zəhərlənmə kimi hallara səbəb olur. Qidalar soyuducuda düzgün şəkildə saxlanmalı və qısa zamanda tükədilməlidir”.

Mərdan Əliyev hal-hazırda artan infeksiyalara özəlliklə  çimərliklərin səbəb olduğunu deyib və belə yerlərdə ehtiyatlı olmağı məsləhət görüb:

“Çimərliklərin əsas hissələri, suyun tərkibi və keyfiyyəti gigiyenik normalara uyğun deyil. Dəniz suyunda kolo indeksi mikrobları normadan yüksəkdir. Belə olan halda da çimərliklərin mədə-bağırsaq xəstəliklərinə inkişaf etdirir. Bu da ürəkbulanma, halsızlıq və ishal ilə özünü göstərir. Bu hala da böyüklərlə yanaşı, uşaqlar daha həssasdır, çünki onların immun sistemi çox zəifdir".


Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO