Təhsil naziri: “Biz anonim şikayətlərə baxmırıq”

Təhsil naziri: “Biz anonim şikayətlərə baxmırıq”

Hazırda oxunan: Təhsil naziri: “Biz anonim şikayətlərə baxmırıq”

15188

Şikayətlərin anonim olmaması məktəblərdə baş verən qanun pozuntularının qarşısını almağa kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə  təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirdən X-XI siniflərdə ənənəvi təhsilin bərpası ilə bağlı cavab - Bayramdan sonra..


“Təhsil Nazirliyi olaraq bizim əsas məsələmiz anonim olmayan şikayətlər məsələsidir. Çünki qanunvericiliyinə görə, biz anonim şikayətlərə baxmırıq.

Şikayət edən adamın kim olduğunu bilmək vacib məsələdir, çünki bu, qanunvericiliyin tələbidir. Amma təbii ki, bu halda şikayət edən adamın hüquqlarını da qoruyuruq.

Gün ərzində məsələn, sizə belə bir e-mail daxil olur, göndərən adamın adı yerinə “korrupsiya-korrupsiya” yazılır və e-maildə hansısa şəxsin məktəbdə xoşagəlməz hadisə ilə məşğul olduğu qeyd olunur.

Burada şikayət edənin kim olduğunu başa düşmək olmur ki, bu şikayətin arxasınca gedək. İstədiyimiz budur ki, bacardıqca şikayət edən adamları tanıyaq və o şikayətlər əsasında davam edək”,- deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO