RİİB-in təşəbbüsü ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib - FOTO 

RİİB-in təşəbbüsü ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib - FOTO 

Hazırda oxunan: RİİB-in təşəbbüsü ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib - FOTO 

151858

“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15-21 avqust tarixlərində “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, avqustun 16-da Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində qardaş ölkədən olan gənclərlə tanışlıq görüşü keçirilib. 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova avqustun 17-də türkiyəli gənclərlə görüşüblər.


Görüş zamanı Şamaxı rayonunda gənclər və könüllülük sahəsində aparılan işlər, rayonda yeniyetmə və gənclərin şəxsi inkişafı, ictimai fəallığının artırılması üçün yaradılan imkanlardan bəhs edilib.  

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Şamaxı Yaradıcılıq Mərkəzində qardaş ölkədən olan gənclərlə görüşərək, Fondun gənclər sahəsində gördüyü işlər, gənclərin istedad və bacarıqlarının dəstəklənməsi istiqamətində atdığı addımlardan danışıb. 


Hər günə idman tədbirləri ilə başlayan qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında, qədim tarixə malik Dəmirçi kəndində olub, Şamaxı Cümə məscidini, Şahxəndan qəbristanlığı və Kələxana türbələr kompleksini ziyarət edərək, abidələr haqqında ətraflı məlumat alıblar. 

Proqram çərçivəsində türkiyəli gənclər avqustun 18-də Daşkəsən rayonuna səfər edərək RİİB könüllüləri üçün təşkil edilən birgünlük “Yay tətili” tədbirində iştirak ediblər.

Tədbir zamanı iki qardaş ölkənin gəncləri “Sosial iş, sosial dəyişiklik və ictimai təşviqat” mövzusunda təlimə qatılıb, tədbirin fəxri qonağı ilə görüşüb, könüllülük sahəsində təcrübə mübadiləsi aparıblar. Gənclər öz milli mətbəxlərinə aid şirniyyat nümunələri, rəqs və musiqi nömrələri nümayiş etdirərək, əyləncəli proqramla günü başa vurublar.

 Qonaqlar, Bakıda gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər. Görüşdə Azərbaycanda gənclər və idman siyasəti, bu sahədə həyata keçirilən yerli və beynəlxalq layihələr, azərbaycanlı gənclərin beynəlxalq sferada qazandığı uğurlardan, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsində gənclərin müstəsna rolundan, mübadilə proqramlarının bu istiqamətdə aparılan işə böyük töhfə verməsindən danışılıb. 

Türkiyəli gənclərin ölkəmizə səfərləri Bakı Gənclər Mərkəzinin fəaliyyəti və Heydər Əliyev Mərkəzində yerləşən muzey və sərgilərlə tanışlıqla başa çatıb. 

Qeyd edək ki, mübadilə proqramı iki qardaş ölkə gəncləri arasında əlaqələrin genişləndirilməsi, könüllüllük sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda gələcəkdə birgə layihə təşəbbüslərinin icrası məqsədilə həyata keçirilib.  


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO