“Bu gün Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) seçkiləri keçirildi, hesabatı dinlənildi. Həmin seçkilərdə mənə etimad olundu, mən yeni sədr seçildim. Bu böyük etimada görə təşəkkür edirəm. Hesab edirəm ki, ASAP-ın işləri üçün böyük imkanlar var”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində ADA Universitetinin prorektoru, ASAP-ın yeni sədri Fariz İsmayılzadə deyib.
F. İsmayılzadə bildirib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələr, məzunlar Azərbaycanı çox gözəl təmsil edə, müxtəlif forumlarda, platformalarda Qarabağ reallıqlarını çatdıra bilərlər:
“Biz növbəti il ərzində bu istiqamətdə işimizi quracağıq. Xaricdə təhsil almış, məzun olmuş azərbaycanlı gəncləri birləşdirib müxtəlif tədbirlər, xüsusilə sosial şəbəkələr vasitəsilə Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:57 / 21.08.2023
Fariz İsmayılzadə: “Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışacağıq”
Hazırda oxunan: Fariz İsmayılzadə: “Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışacağıq”
Hazırda oxunan: Fariz İsmayılzadə: “Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışacağıq”
151782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.