Bakıda və digər mərkəzi şəhərlərdə addımbaşı rast gəlinən stomotoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki, günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı düşür.
Hətta bu kabinetlərdə bəzən qeyri-profesionallar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır.
Çünki, hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı üzündən yayılır.
Mövzu ilə bağlı avqustun 8-də “Təhsilsiz diş həkimləri MEYDAN SULAYIR – Bu sahəyə NƏZARƏT EDİLİRMİ?” başlıqlı yazı dərc etmişdik.
Toxunduğumuz problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Bizim.Media-nın sorğusuna cavab verib. Cavab məktubunda deyilir:
“Stomatoloji iş üzrə tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil olduğundan, bu sahədə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar.
2023-cü ilin ilk 6 ayında stomatoloji kabinet və klinikalarda 11 plandankənar və 43 planlı yoxlama aparılıb.
Bunun nəticəsində 8 müəssisədə lisenziya olmadan stomatoloji fəaliyyət, 6 halda lisenziyada göstərilən xidmətlərdən kənar fəaliyyət, 12 halda çalışan həkimlərin müvafiq sertifikat olmadan fəaliyyəti aşkar edilib.
Aşkar olunmuş nöqsanlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq sonrakı icraata göndərilib”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 21.08.2023
Qanunsuz fəaliyyət göstərən neçə stomatoloji kabinet cəzalandırılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qanunsuz fəaliyyət göstərən neçə stomatoloji kabinet cəzalandırılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qanunsuz fəaliyyət göstərən neçə stomatoloji kabinet cəzalandırılıb? – RƏSMİ AÇIQLAMA
151765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.