Zaqatalada iki nəfər arasında dava: Biri xəstəxanalıq oldu, digəri saxlanıldı - FOTO

Zaqatalada iki nəfər arasında dava: Biri xəstəxanalıq oldu, digəri saxlanıldı - FOTO

Hazırda oxunan: Zaqatalada iki nəfər arasında dava: Biri xəstəxanalıq oldu, digəri saxlanıldı - FOTO

151669

Axşam saatlarında Zaqatalanın ucqar Kəpənəkçi kəndində iki nəfər arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunur ki, Kəpənəkçi kənd sakini, 45 yaşlı Elnur Abdurahmanovla rayonun Mosul kənd sakini, 49 yaşlı İlham Əsədullayev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Bu zaman Mosul sakini İlham Əsadullayev əlində olan bizlə Elnur Abdurahmanova müxtəlif dərəcəli xəsarətlər yetirib. Mübahizə zamanı xəsarət alan E. Abdurahmanov yaxınlarının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər Kəpənəkçi kənd sakinini müayinə edəndən sonra onun üzərində cərrahiyyə əməliyyatı aparıb.  Elnur Abdurahmanovun müalicəsi hazırda xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Baş vermis hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpənəkçi kənd sakininə deşici alətlə xəsarət yetirən İlham Əsədullayev şübhəli şəxs qismində saxlanılıb. 
Hazırda fakt üzrə araşdırmalar başlanılıb. Hadisənin təfərrüatları araşdırılır. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO