Sumqayıt dəmir yolu vağzalındakı yanğınla bağlı yeni DETALLAR

Sumqayıt dəmir yolu vağzalındakı yanğınla bağlı yeni DETALLAR

Hazırda oxunan: Sumqayıt dəmir yolu vağzalındakı yanğınla bağlı yeni DETALLAR

151667

“Saat 21:58 radələrində Sumqayıt dəmir yolu vağzalı ərazisində yanğının baş verməsi ilə bağlı məlumat daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt dəmir yolu vağzalındakı yanğın söndürüldü - YENİLƏNİB/VİDEO


Onun sözlərinə görə, yanğın dəmir yolu vağzalının 3-cü mərtəbəsində yerləşən terrasında qeydə alınıb:

“İki nömrəli çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir kondisioner, 15 paqonametr alkapon və 10 paqonametr naqil xətti yanıb”.

FHN rəsmisi bildirib ki, vağzalın 10 işçisi təxliyə edilib, xəsarət alan olmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO