Mal ətinin qiyməti yenidən artıb. Hazırda mal ətinin bir kiloqramı 14-16 manat arasında təklif olunur.
Bizim.Media xəbər verir ki, satıcılar Xəzər televiziyasına deyiblər ki, bir həftə ərzində qiymətdə 50 qəpik - 1 manat artım olub.
MÖVZU İLƏ BAĞLI:
Dondurulmuş ət sağlamlığa ziyandır? - Alimlərdən SİTATLAR
Satıcılar həmçinin bildiriblər ki, heyvanı baha aldıqlarına görə, baha qiymətə də satırlar.
Bahalaşma mal içalatında da özünü göstərir.
O da bildirilib ki, bir həftə ərzində mal ətinin qiymətində artım olsa da, bahalaşma hələ ki, qoyun ətinə təsir etməyib.
Daha ətraflı videomaterialda:
Bizim.Media