Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq Milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmənin hökmü ilə V. Ələsgərov 14 il
müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının
sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət
Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda
törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli
şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün
qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq
mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb
etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və
qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma,
vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar
surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.