Səfəvi ordusunun KAMİKADZELƏRİ – Səsləri ilə döyüşən Çuğurcular haqqında MARAQLI FAKTLAR

Səfəvi ordusunun KAMİKADZELƏRİ – Səsləri ilə döyüşən Çuğurcular haqqında MARAQLI FAKTLAR

Hazırda oxunan: Səfəvi ordusunun KAMİKADZELƏRİ – Səsləri ilə döyüşən Çuğurcular haqqında MARAQLI FAKTLAR

151477

Böyük Səfəvi dövlətinin tarixi uğurlarında sərkərdələrlə yanaşı sıravi döyüşçülərinin müstəsna rolu olub. Səfəvilərdə döyüşçülər 2 qismə bölünürdü: qızılbaşlar, qulamlar. 

Qızılbaş ordu birləşməsi türk və ya türkmən tayfalarından təşkil olunmuş ordu idi. Böyük türk tayfaları Ustaçlılar, Rumlular, Şamlılar, Zülqədər, Təkəli, Əfşar və Qacar tayfaları Qızılbaş hesab edilirdi və Səfəvi ordusunun əsasını təşkil edirdilər.  

Qızılbaş ordusu Səfəvi imperiyasının ortaya çıxmasında və böyüməsində həlledici amil olub. Qızılbaşlara dövlət xəzinəsindən maaş verilmirdi, onlar hərbi xidmətləri müqabilində dövlət torpaqları hesabına verilən tiyul torpaqları alırdılar. 
Qulamlar isə büdcədən maaş alan döyüşçülər idilər. Qulamlar bir növ muzdlu döyüşçülər idi və etnik tərkibi qarışıq idi. Onların sırasında gürcülər, farslar, talışlar və digər xalqların nümayəndələri vardı. 

Qulamlardan fərqli olaraq Qızılbaşlar daha güvənli ordu birləşmələri idi. Hər bir Qızılbaş döyüşçüsünün qılıncı, oxu, kamanı, nizəsi, qalxanı və atı vardı. Bu məlumatı italiyalı səyyah Anciolello da təsdiq edir. O yazır ki, Səfəvi əsgərləri dəbilqə örtürlər, hamısı süvaridirlər, nizə, qılınc, qalxan, kaman, ox və toppuzla silahlanırlar.  

Portuqaliyalı elçi A.Tenreiro isə Qızılbaşlar haqqında eyni vəziyyəti yazır: “Onlar bəslədikləri yaxşı atlarla və madyanlarla gəzirlər. Oxla, qılınc və ya pala ilə, möhkəm qalxanlarla yaxşı təchizata malikdirlər. Mizraqdan da istifadə edirlər”.  
Qızılbaşların yüksək ustalıqları hesabına çox böyük qələbələrə imza atıblar. Məsələn, 1500-cü ildə 7 min nəfərlik qızılbaş ordusu Şirvanşah Fərrux Yasarın 40 minlik ordusunu darmadağın etmişdi. 

Qızılbaş döyüşçülərinin digər üstünlükləri vardı.  

Tarixçi alim Zaur Əliyev qeyd edir ki, Qızılbaş ordusunda xüsusi bir dəstə mövcud olub: 

“Bu əsgərlə "Çuğurcu" adlanırdılar. Onların işi səfərbərlik etməyə nəzarət və çağırış idi. Eyni zamanda onlar döyüş vaxtı at belində, yaxud piyada döyüşə qatılır və sadəcə qışqırırdılar. Möhkəm və vahiməli səs çıxardıb qarşı tərəfi qorxudurdular.  

Döyüşdə bir neçə əsgərə qarşı savaşan qızılbaş əsgərinin yanına gedir və onların üzərinə gələnlərin üstünə elə möhkəm səslə qışqırırlar ki, onlar silahı yerə qoyub ya qaçırdılar, ya da diqqətləri dağılırdı, silahı istifadə edə bilmirdilər.

Bu əsgərlər xüsusi seçilirdi və onların səsi qorunurdu, onların yemək menyusuna diqqət yetirilirdi. Onlara soyuq su içmək qadağan idi. Hər səhər onlar 5-8 ədəd çiy yumurta içirdilər.  

Məşqləri isə dağlıq yerdə olurdu ki, səslərinin necə əks-səda verməsini yoxlasınlar. Bu döyüşçüləri o dövrün kamikadzeləri də saymaq olardı. Çünki döyüş zamanı qışqıran və çığıran əsgər daha çox hədəfə məruz qalırdı”. 



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO