Yeni qaydalar taksi xidmətində nələri dəyişəcək? – Ekspertdən MARAQLI FİKİRLƏR  

Yeni qaydalar taksi xidmətində nələri dəyişəcək? – Ekspertdən MARAQLI FİKİRLƏR  

Hazırda oxunan: Yeni qaydalar taksi xidmətində nələri dəyişəcək? – Ekspertdən MARAQLI FİKİRLƏR  

151460

“Yeni rüsumlar taksi fəaliyyətində xidmət haqqı artımına ciddi təsir göstərməyəcək, əvəzində keyfiyyət artmasına təsir edəcək”.  

Bunu "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişikliklərin qüvvəyə minməsi haqqında fərmanı Bizim.Media-ya şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Taksilərə taksometr quraşdırmaq məcburi oldu: Bundan sonra nə olacaq? -Ekspertdən AÇIQLAMA

Onun fikrincə  rüsumların həcminə baxanda edilən bu dəyişiklik xidmət qiymətlərini kəskin şəkildə artıracaq addım deyil:  

“Qanuna edilən diyişiklik sadəcə olaraq müəyyən mənada nəzarət və tənzimləməni təşkil etmək üçün ilkin əsaslar formalaşdırır. Eyni zamanda, bu addım həmin sektorda məsuliyyətlilik məsələsinin inkişafı deməkdir. Məsələ ondadır ki, Azərbaycanda taksi fəaliyyətilə əsasən işsiz insanlar məşğul olur. Bu bazar giriş-çıxış üçün nisbətən sərbəst olduğundan vətəndaşların dolanışığı üçün müəyyən imkanlar yaradır. Bu mənada yaradılan yeni tənzimləmə və nəzarət mexanizmi xidmətin keyfiyyətinin artmasına xidmət etsə də, ikinci bir tərəfdən bazara giriş-çıxışı məhdudlaşdıracaq. Belə olan halda   həmin sahədən dolanışıq vasitəsi kimi istifadə etmək imkanları məhdudlaşacaq”.   

Qeyd edək ki, Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib.   

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 75 manat olacaq.   

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO