Ölkədə 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar AŞKARLANDI 

Ölkədə 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar AŞKARLANDI 

Hazırda oxunan: Ölkədə 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar AŞKARLANDI 

151436

Bakıda və bir sıra rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkar olunub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Zaqatala, Qobustan, Masallı və Salyan rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. 
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 inzibati tədbir görülüb, üç məntəqədə qanunsuz metal konstruksiyalar, bir məntəqədə isə yenidən bərpa olunan qurğu sökülüb. 

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə //afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisi-alinir-17-avqust linkində tanış olmaq olar. 

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO