İsmayıllıda əri tərəfindən döyülən qadın çarəni belə TAPDI 

İsmayıllıda əri tərəfindən döyülən qadın çarəni belə TAPDI 

Hazırda oxunan: İsmayıllıda əri tərəfindən döyülən qadın çarəni belə TAPDI 

151403

İsmayıllı rayonunda intihara cəhd hadisəsi olub.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Ərəgit kəndində qeydə alınıb.  

Kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Gülxar Məmmədəli qızı yaşadığı evdə kəndirlə özünü asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün son anda kəndiri onun boğazından çıxarıblar. 

Koma vəziyyətinə düşən qadın təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. 

Hadisənin ailə münaqişəsi zamanı baş verdiyi bildirilir. Belə ki, Məmmədov Şakir İzətulla oğlu həyat yoldaşı Gülxar Məmmədovanı döyüb, işgəncələrə dözə bilməyən qadın özünü öldürmək istəyib. 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO