“Azərxalça”ya yeni sədr təyin edildi - SƏRƏNCAM

“Azərxalça”ya yeni sədr təyin edildi - SƏRƏNCAM

Hazırda oxunan: “Azərxalça”ya yeni sədr təyin edildi - SƏRƏNCAM

15140

Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, E. Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimidir. O, ötən il Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü mükafatıyla təltif edilib. 

“Azərxalça” ASC-nin yeni sədrinin atası Səlhab Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı və  professordur. O, Berlində “Xocalı” abidəsi və Romada “Nizami Gəncəvi” abidəsinin müəllifidir.

E. Məmmədov AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO