Vaqif Xaçatryan yaxın zamanda hakim qarşısına ÇIXARILACAQ - RƏSMİ 

Vaqif Xaçatryan yaxın zamanda hakim qarşısına ÇIXARILACAQ - RƏSMİ 

Hazırda oxunan: Vaqif Xaçatryan yaxın zamanda hakim qarşısına ÇIXARILACAQ - RƏSMİ 

151386

Azərbaycan ərazisində saxlanılan Vaqif Xaçatryan yaxın zamanda məhkəmə məsuliyyətinə cəlb ediləcək. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib. 

Onun sözlərinə görə, hazırda Vaqif Xaçatryanın barəsindəki cinayət işinin ibtidai istintaqı aparılır, cinayət hadisəsinin hüquq qarşısında olan hissəsi qısa müddətdə yekunlaşdırılaraq məhkəmə məsuliyyətinə veriləcək. 

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. 

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib. 
Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO