Ucarda DƏHŞƏT: 23 yaşlı oğlan anasını boğub ÖLDÜRDÜ - YENİLƏNİB 

Ucarda DƏHŞƏT: 23 yaşlı oğlan anasını boğub ÖLDÜRDÜ - YENİLƏNİB 

Hazırda oxunan: Ucarda DƏHŞƏT: 23 yaşlı oğlan anasını boğub ÖLDÜRDÜ - YENİLƏNİB 

151341

Ucarda qadın boğularaq öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib. 

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Faiq Qurbanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb olunub. 

Araşdırmalar davam etdirilir. 
 
*** 11:44

Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO