“10 manatlıq” şirkət bir gündə iki tenderin qalibi oldu - VƏKİL

“10 manatlıq” şirkət bir gündə iki tenderin qalibi oldu - VƏKİL

Hazırda oxunan: “10 manatlıq” şirkət bir gündə iki tenderin qalibi oldu - VƏKİL

15127

Nizamnamə Kapitalı 10 AZN olan şirkət bir gündə dəyəri 5 milyon 881 min manat olan 2 (iki) tenderin qalibi olub. “Azərişıq” ASC növbəti tender lahiyələrini başa vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə ictimai vəkil Samir Zeynalov “Facebook” hesabında bildirib.

Onun sözlərinə görə dövlət satınalmalarının vahid reysterində yer almış 18.03.2021-ci il tarixli məlumata əsasən sözügedən qurum tərəfindən elan edilmiş mal və xidmətlərə dair 2 satınalma üzrə nizamnamə kapitalı 10 manat olan "Everest Tikinti MMC" şirkəti qalib elan olunub:

 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu” ASC-nin vergi borcu açıqlandı - FOTO


“Birinci satınalmanın predimetini -"Tərtər rayonu, Suqovuşan yaşayış məntəqəsinin elektrik təchizatı" təşkil edir. Azərişıq ASC bu xidmət üzrə podratçı şirkətə, yəni "Everest Tikinti MMC"-ə 4 milyon 567 min 779 manat vəsait ödəyəcək. 

İkinci satınalmanın predimetini isə - "Ağdam rayonu, Mərzili kəndi ərazisində yerləşən "Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzi"nin elektrik təchizatı" təşkil edir.

Azərişıq ASC bu xidmət üzrə podratçı şirkətə, yəni "Everest Tikinti MMC"-ə 1 milyon 313 min 345 min manat vəsait ödəyəcək. 

Beləliklə 2019-cu ildə təsis olunmuş və nizamnamə kapitalı 10 manat olan şirkətə ümumilikdə 5 milyon 881 min AZN vəsait ödəniləcək. Qeyd edim ki, hər iki tender üzrə görüləcək işlərin konkret həcmi, siyahısı və tenderlərdə iştirak etmiş digər şirkətlər haqqında ətraflı məlumat verilməyib”. 

Vəkil qeyd edib ki, "Everest Tikinti MMC" şirkəti 11 mart 2019-cu ildə təsis edilib:

“Qanuni təmsilçisi Nuşirəvanlı Fərid İbrahim oğlu, hüquqi ünvanı Beyləqan rayonu, Əzizbəyov küçəsi, ev 28-dir. Nizamnamə kapitalı isə qeyd etdiyim kimi 10 AZN təşkil edir. Maraqlıdır ki, qısa müddətdə yaranmasına baxmayaraq milyonluq tenderlərin qalibi olan şirkət, nizamnamə kapitalını indeksasiya etməyib. 

Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Şabran Rayon İcra Hakimiyyətinin ümumi məbləği 915 min 477 manat olan 4 tenderi məhz Everest şirkəti qazanıb.

Ümumilikdə ötən ilin aprel ayından etibarən şirkət Qusar, Şabran və Siyəzən bölgələrində yolların təmiri daxil olmaqla ümumi dəyəri 3 milyon 435,6 min manat dəyərində mal və işlərin satın alınması üzrə 11 tenderin qalibi olub. 

Heç şübhəsiz 10 manat kapitalla şirkətin qısa müddətdə yüksək dəyərə malik tenderlərin qalibi olmasında şəffaflıq ola bilməz. Məhz nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdən biri olduğundan tərəddüdsüz demək mümkündür ki, "Everest Tikinti MMC" şirkətinin göstərilən tender layihələrinin qalibi olması faktları qüvvədə olan qanunvericiliyə uyğun olmayıb”. 

 

Vəkil onu da əlavə edib ki, "Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunu"nun 6.2.1-ci maddəsinə əsasən "satınalma prosedurlarında iştirak etmək üçün podratçı şirkətlərin müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması" şərt olaraq müəyyənləşib: 


“Əlbəttə ki, 10 manat civarında nizamnamə kapitalına malik olan şirkətin məsuliyyəti elə 10 manata bərabərdir. Nəticə olaraq lori dildə və müqayisəli şəkildə desək Azərbaycanda 5 qramlıq palçıq qurdu ilə 4-5 tonluq balıq tutmaq mümkündür. Yetər ki, şansın və adamın olsun... 

Dağılan Almaniyada "Məhdud Məsuliyyətli Cəmiyyətin" minimum nizamnamə kapitalı 25000 Avro həcmində nəzərdə tutulub. Yəni 10 avrosu olan, şirkət təsis edə bilməz”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO