Çimərliklərə düşmən kəsilənlər - Çimərlik mədəniyyətimiz niyə yoxdur? - Ekspertdən sərt tənqid

Çimərliklərə düşmən kəsilənlər - Çimərlik mədəniyyətimiz niyə yoxdur? - Ekspertdən sərt tənqid

Hazırda oxunan: Çimərliklərə düşmən kəsilənlər - Çimərlik mədəniyyətimiz niyə yoxdur? - Ekspertdən sərt tənqid

151253

Bir neçə gündür ki sosial şəbəkələrdə böyük qınaqla qarşılanan çimərliklərdə tullantıların atılması gündəm yaratdı. Çimərlik mövsümü və mövzunun aktual olduğunu düşünüb   problemin çıxış yolunu axtarmağa qərar verdik.

Bəziləri  pulsuz çimərliklərə istirahət üçün getsə də, dincəlmək istəyən  zibil əlindən  təmiz yer tapa bilmir. Səbəb isə biri  yediyi qarpızın qabığını yerə atır ,digəri sellofanı bir başqası isə ərzaq qalığını.

Pulsuz çimərliklərimiz olduğu halda hələ də orada ictimai mədəniyyətin olmaması təəssüfedici məqamdır. Təbiətlə qeyri-etik davranış həm öz xalqımıza həm də ölkəmizə  gələn turistlərin  düşüncələrində məyusluq hissi yaradır.

Bəs ictimai mədəniyyəti necə bərpa etmək olar?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə  əsas səbəblərdən biri  “Mavi bayraq” deyilən  beynəlxalq sertifikatı Azərbaycanda heç bir çimərliyin almaması və kriteriyalarına əməl edilməməsdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu çimərliklər tövsiyə olunmur - Nazirlikdən XƏBƏRDARLIQ


“ Bu sertifikat  Avropa və beynəlxalq təşkilatlar tərəfindən keyfiyyət və təhlükəsizlik məsələlərinə görə qiymətləndirilib. Burada əsas 4 kriteriya müəyyəənləşir. Su, ekoloji təhlükəsizlik, çimərlikdə insanların  təhlükəsizliyi və bütövlükdə çimərliyin əlçatan olması.

Dünyada  bir çox çimərliklər varki “mavi bayraq” sertifikatı alıb. MDB məkanında ancaq Rusiyada 2 çimərlik var ki, həmin sertifikatı alıb. Azərbaycanda 90-a yaxın çimərlikdən hələ heç biri bunu  ala bilməyib. Çünki həmin meyarlara cavab vermir, çimərliklərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb.
Bir sıra çimərliklərə kanalizasiyalar axıdılır. Baxmayaraq ki restoranlar ən azı 30 metr uzaqlıqda tikilməlidir, bir çox restoranlar lap yaxındadır və tullantılar birbaşa dənizə axıdılır”.

Ekspert qeyd edir ki, çimərliklərdə ekoloji təmizliklər bir qədər  vətəndaş məsuliyyətindən aslıdır və bu tip mənzərə həm ekoloji baxımdan , həm də  etik cəhətdən doğru deyil. 

“İctimai çimərliklər yaradılıb və orda hər cür şərait var. Çox təəsüf ki bəzən ictimai mədəniyyət baxımından bu qaydalara əməl etmirlər. Çimərliklərə tullantılar , müxtəlif salofan, qablar, qarpız və digər yeyinti qalıqları  hara gəldi atılır. Bu biraz da ictimai şüur və mədəniyyət məsələsidir.

Sosioloq problemin  həll yolu kimi müvafiq qurumlar və qeyri-hökumət təşkilatları, eləcə də kütləvi informasiya vasitələri sosial çarxlar qurulmasını , həmçinin hüquqi müstəvidə həll olunmasıni təklif edir.

“ Sosial çarxlarda insanların atdığı tullantılar nə dərəcədə fəsad verir görsünlər. Hesab  edirəm ki, hazırda çimərlik mövsümüdür və bu mövzuda insanlarla işləmək lazımdır.  Yaxşı olar ki, aidiyyatı qurumlar, mətbuat işçiləri, qeyri hökümət təşkilatları aksiyalar keçirsin, ictimai şüur və mədəniyyət səviyyəsini qaydasına salmaqla bağlı çağırışlar etsinlər.

Müxtəlif maarifləndirici tədbirlər görülsə daha yaxşı olar. Eyni zamanda bununla bağlı hüquqi müstəvidə də tədbirlər bir qədər sərtləşdirilməlidir. Müəyyən yerdə ictimai baxımdan əhəmiyyət kəsb edən məkanlarda ekoloji tərbiyəyə uyğun olmayan hərəkətlər hüquqi məsuliyyət yaradır.
Həm bu müvafiq orqanlar səviyyəsində ,həm də ictimai qınaq səviyyəsində də kütləvi informasiya vasitələrində bununla bağlı təbliğat aparılmalıdır.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO