Anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR 

Anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Anası tərəfindən zibil qutusuna atılan körpə ilə bağlı YENİ XƏBƏR 

151250

1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub. 
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib. 

Qeyd edək ki, iyulun 17-də uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər. 

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib. 

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb.

Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub. 

İyulun 20-də Sabunçu Rayon Məhkəməsi tərəfindən Səbinə Qasımova barəsində cinayət işi açılıb.  
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO