Qaxda rəsm müsabiqəsi keçirildi - FOTO

Qaxda rəsm müsabiqəsi keçirildi - FOTO

Hazırda oxunan: Qaxda rəsm müsabiqəsi keçirildi - FOTO

151190

Qaxda “Sabahın günəşləri” devizi altında rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə 30-a yaxın məktəbli iştirak edib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. 

Qeyd olunur ki, ulu öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq Regional İdarənin tərkibinə daxil olan rayonlarda müxtəlif tədbirlər davam etdirilir. 

“Sabahın günəşləri” devizi altında təşkil edilən rəsm müsabiqəsi də belə intellektual yarışlardan biridir.  

Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutan müsabiqədə 30-a yaxın yeniyetmə və məktəbli öz bilik və bacarıqlarını sınayıb, düşündüklərini rəsmlərdə ifadə edib. 

Müsabiqə iştirakçıları Fəxri Fərman və Diplomlarla mükafatlandırılıb. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO