Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır

Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır

Hazırda oxunan: Bərdəyə atılan raketin dinc əhaliyə qarşı istifadəsi qadağandır

1511

"Bərdəyə "Smerç” tipli raket atılıb. Burada dinc əhali hədəfə alınıb”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

O bildirib ki, hər raketin içərisində 72 ədəd bombacıq olur:

“Biz iki ədəd raketin qalıqlarını tapmışıq. Bu raketlərin Beynəlxalq Konvensiyalara görə, dinc əhaliyə qarşı istifadəsi qadağandır. Ermənilər bundan əvvəl də bu tipli raketləri Goranboy və Ağcabədiyə atıb. Görünən odur ki, düşmən dinc əhalini hədəfə alıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO