Bu ilin yanvar-iyul aylarında Bakı metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 8,8% artaraq 124 311 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı metropoliteni 114 255 min sərnişin daşıyıb.
Xatırladaq ki, 2022-ci ildə Bakı metropoliteni 208,7 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilən Bakı metropoliteninin hazırda 27 stansiyası və 40,7 kilometr uzunluğunda 3 xətti var.
Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 16.08.2023
Bu il Bakı metrosundan 124 311 min nəfər istifadə edib
Hazırda oxunan: Bu il Bakı metrosundan 124 311 min nəfər istifadə edib
Hazırda oxunan: Bu il Bakı metrosundan 124 311 min nəfər istifadə edib
151090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.