Bulvar ərazisində gəmi səyahətinin dayandırılmasının SƏBƏBİ AÇIQLANDI

Bulvar ərazisində gəmi səyahətinin dayandırılmasının SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Bulvar ərazisində gəmi səyahətinin dayandırılmasının SƏBƏBİ AÇIQLANDI

151080

Dənizkənarı Bulvar ərazisində əvvəlki illərin yay aylarında gəmi ilə gəzintilər mövcud idi. Lakin mövsüm açılandan gəmi ilə Bakı buxtasında gəzinti edən gəmi fəaliyyət göstərmir. Paytaxt sakinlərinin və turistlərin fikirlərindən də aydın olur ki, bu səyahətə tələbat çoxdur.

Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, Xəzər dənizində suyun səviyyəsi aşağı düşdüyündən gəmilərin fəaliyyəti müvəqqəti dayandırılıb.

“Gəmilərin təhlükə ilə üzləşmə ehtimalı nəzərə alınaraq bu addım atılıb. Gəmilər texniki baxışdan keçiblər və saz vəziyyətdədirlər. Onların fəaliyyət göstərməsiylə bağlı heç bir problem yoxdur”, - deyə Ə. Mehdiyeva qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO