BMT minaların təmizlənməsində Azərbaycana kömək edəcək

BMT minaların təmizlənməsində Azərbaycana kömək edəcək

Hazırda oxunan: BMT minaların təmizlənməsində Azərbaycana kömək edəcək

15107

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədinin imza tədbiri üçün bu gün bir araya gəlib.

Bizim.Media-ya ANAMA-dan verilən məlumata görə, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

 

MÖVZU İLƏ BAĞLI:

9 mindən çox partlayıcı qurğu zərərsizləşdirildi


Bu vəsaitlə BMTİP, ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.

A.Frakassetti BMTİP-nin ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarına dair dəstəyini genişləndirəcəyini bildirib.

Rezident nümayəndə nəticədə bu fəaliyyətin, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə kömək edəcəyini qeyd edib.

ANAMA 1999-cu ildə BMTİP-nin dəstəyi ilə təsis edilib. Son 20 il ərzində ANAMA və BMTİP Azərbaycanda 806 000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160 500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO