Füzuli şəhərinə qayıdış avqust ayının 18-də başlayır

Füzuli şəhərinə qayıdış avqust ayının 18-də başlayır

Hazırda oxunan: Füzuli şəhərinə qayıdış avqust ayının 18-də başlayır

151056

Füzuli şəhərinə ailələrin birinci köçü avqust ayının 18-də baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayıb.

Mənbə qeyd edir ki, ailələr Füzuli şəhərinə mərhələli şəkildə köçəcəklər. Ümumilikdə ilkin mərhələdə 144 ailə köçürüləcək. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO