Kiçik və orta afterşoklar ola bilər – RƏSMİ AÇIQLAMA 

Kiçik və orta afterşoklar ola bilər – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Kiçik və orta afterşoklar ola bilər – RƏSMİ AÇIQLAMA 

151039

Məlum olduğu kimi, bu gün səhər 05.37-də xəzər dənizində  5.9 bal gücündə zəlzələ olub.

Zəlzələ Türkmənistan, Qazaxstan və Rusiya,  Azərbaycan və İranda hiss olunub.

Bununla bağlı Bizim.Media saytına açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, bundan sonra da bəzi kiçik və orta afterşokların olacağını bildirdi:

“Kiçik təkanlar var və olmalıdır. Bunun da heç bir qorxusu yoxdur. Amma növbəti orta və ya güclü zəlzələlərin olacağı ilə bağlı indidən hansısa proqnoz vermək mümkün deyil”. 

Onun sözlərinə görə, zəlzələ Bakıdan 273 kilometr uzaqlıqda baş vediyi üçün burada elə də böyük problem və qorxulu heç nə yoxdur:

“Bizim xidmətdə qurulan ən müasir texnologiyalar əsasında xəbər tutur və yerindəcə dəqiq analiz edirik. Hətta telefonuma da bununla bağlı məlumat daxil olur”.

Bunun orta güclü zəlzələ olduğunu deyən mərkəz rəhbəri, Türkmənistanda zəlzələ ocağının olduğunu da xatırlatdı:

“Bu ölkədə dəfələrlə belə hadisələr baş verib. Ən dəhşətliləri isə 1895 və 1948-ci illərdə Aşqabadda olub. Bunlar 7,8 və 9 bal gücündə olan zəlzələdir və böyük fəlakətlərlə nəticələnib”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO