Ata Abdullayevin kimlərlə iş birliyi olub? - SENSASİON İFADƏLƏR

Ata Abdullayevin kimlərlə iş birliyi olub? - SENSASİON İFADƏLƏR

Hazırda oxunan: Ata Abdullayevin kimlərlə iş birliyi olub? - SENSASİON İFADƏLƏR

15102

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanı tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar.

O dövrdə Ata Abdullayev istintaqla o dərəcədə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Ata Abdullayevin üzvü olduğu mütəşəkkil dəstə aviaşirkətlərin internet səhifəsinə qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından pul ödənişləri aparıb elektron aviabiletlər əldə ediblər.

 

MÖVZU İLƏ BAĞLI:

Ata Abdullayevin həbsxanaya aparılarkən görüntüləri yayıldı - VİDEO


Sonradan biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə aviaşirkətə 100 min manata yaxın zərər dəyib...

Bizim.Media Ata Abdullayevin istintaqa verdiyi ifadədən bəzi detalları diqqətinizə çatdırır:

“Mənim qanunsuz elektron aviabilet aldığım şəxsləri qeydiyyatdan keçirib yola salmaqda köməklik etdiyinə görə 2009-cu ilin yay aylarından, təxminən avqust ayından 2009-cu ilin yanvar ayının əvvəllərinədək olan dövr ərzində Hacı Murada 2 min ABŞ dolları, ondan da bir az çox pul vermişəm.

Mən özüm və ailə üzvlərim uçanda o, məndən daha çox pul alırdı. Bəzən olurdu ki, bir nəfərə görə 100 dollar alırdı. Bəzən olurdu ki, elektron biletlə yola saldığım sərnişinlər həmin biletlə uça bilməyib geri qayıdırdılar.

Onda Hacı Murad mənimlə görüşüb dedi ki, sənin yola saldığın şəxslər üçün biletləri kim yazır, mən də ona dedim ki, gələrsən yanıma, görüşüb sənə deyərəm.

Murad mənim yanıma gəldi və onunla görüş zamanı mənə dedi ki, yola saldığın adamların biletlərinin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib. Mən ona dedim ki, ola bilməz. Həmin vaxt 2008-ci ilin yay-payız ayları idi. Mən qısaqol köynək geyirdim. Onun yanında Vaqifi yığdım.

 

Ondan soruşdum ki, mənim vasitəmlə satdığı elektron biletlərin dəyəri oğurluq kredit kartları ilə ödənilir? Vaqif isə mənə dedi ki, ola bilməz, sərnişinin adı pozulub, tez adı mənə ver, yenidən onun adına bilet yazım. Həmin gün 3 nəfər sərnişin dala qayıtmışdı.


Bundan sonra Hacı Murad mənə dedi ki, sən mənə az pul verirsən, mən bu pulla razılaşmıram, mənə sərf eləmir, bu xidmətimə görə mənə çox pul verməlisən. Dedi ki, verdiyin pul heç mənim benzinimi ödəmir.

Murad mənə dedi ki, indən sonra sənin yola saldığın adamların adlarını 6-8 saat qabaq mənə de ki, mən onların uçub-uçmayacaqlarını sənə bildirim. Onunla razılaşdıq və həmin görüşdən sonra belə də etdik.

Murad 2008-ci ilin noyabr ayının axırları, dekabr ayının əvvəllərində məni metronun "Gənclik” stansiyasının yaxınlığındakı meydana çağırdı, maşını dayanacaqda saxlayıb mənimlə görüşdü.

Onun qara rəngli, "Lexsus” markalı, 003 nömrə nişanlı maşınında oturduq. Məndən telefonumu aldı və batareyasını çıxarıb salona atdı. Sonra isə öz telefonunun da batareyasını çıxarıb atdı.

Bundan sonra mənə dedi ki, sənin xəbərin var, bütün Bakı səni tanıyır, MTN bu işdə adamlar həbs edir, hamı bilir, sən bu işlərlə məşğulsan. Mən dedim ki, Murad, burada nə var ki, sən özün bilirsən ki, bu işlər necə gedir, qiymətini qaldırmaq istəyirsən, əgər bunu istəyirsənsə problem deyil, qaldır, amma belə hərəkət eləmə.

 

Bundan sonra ona kontur istəyəndə əlavə olaraq kontur alıb göndərirdim, 25 dollar yox, bir az çox pul göndərirdim. Yenə də o, mənim göndərdiyim sərnişinlərə uçmaqda köməklik göstərməkdə davam etdi. 


Murad biletləri aeroportda kassada işləyən Həcixanım adlı qadın vasitəsilə dəyişdirirdi. Həmin Həcixanıma hələ də 25 ABŞ dolları borcluyam, lakin Həcixanım bizim elektron biletləri qanunsuz əldə etdiyimizi bilmirdi...”. ("Yeni Müsavat")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO