DSX-nin Şəkidəki texniki təmir parkında yanğın oldu

Hazırda oxunan: DSX-nin Şəkidəki texniki təmir parkında yanğın oldu

151014

Gecə saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində yerləşən ümumi sahəsi 250 kv/m olan və 4 boksdan ibarət qarajın içərisində dayanmış “UAZ” markalı minik avtomobilində yanğın baş verib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib. 

Hadisə yerinə cəlb edilən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətinin cəldliyi nəticəsində yanğın qısa müddət ərazində məhdudlaşdırılıb, digər ərazilərə keçməsinin qarşısı alınıb. 

Nəticədə minik avtomobilinin konstruksiyaları yanaraq yararsız hala düşüb.  Yanğın zamanı xəsarət alan olmayıb.

Baş vermis hadisə ilə bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO