"Ermənistanın Azərbaycanın azad edilmiş torpaqlarında kütləvi şəkildə yerləşdirdiyi minalar mülki insanları öldürür, şikəst edir və ətraf mühitə zərər vurur".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Ağdamdakı xarabalıqları müşahidə edəndə insan məyus olur” - Hikmət Hacıyev
O, hesab edir ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edir. Ermənistanın məsuliyyətsiz davranışı ciddi qınağa səbəb olmalıdır.
Bizim.Media
#Landmines massively implanted by #Armenia in liberated lands of Azerbaijan indiscriminately are killing, maiming civilians and harming economy/environment.Armenia refuses to give accurate maps of contaminated areas. Irresponsible behavior of Armenia must be seriously condemned
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 17, 2021