Nazirlik məhsullarını satmaq istəyən şəxslərə MÜRACİƏT ETDİ

Nazirlik məhsullarını satmaq istəyən şəxslərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: Nazirlik məhsullarını satmaq istəyən şəxslərə MÜRACİƏT ETDİ

150860

Kənd təsərrüfatı məhsullarını satmaq istəyən şəxslər sentyabrın 1-nə qədərə tedaruk.az saytına daxil olaraq dövlətə məxsus satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məhsullarını satmaq istəyən şəxslərə müraciətində bildirilir.

Nazirlik bəyan edib ki, istehsalçı və satıcılar saytda növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.
“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı - tedaruk.az dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsulları satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçıları və satıcıları birləşdirən platformadır. Portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO