Astarada 63 yaşlı kişi çimərlikdə ürəktutmasından ölüb

Astarada 63 yaşlı kişi çimərlikdə ürəktutmasından ölüb

Hazırda oxunan: Astarada 63 yaşlı kişi çimərlikdə ürəktutmasından ölüb

150558

Astarada 63 yaşlı kişi çimərlikdə ölüb. 

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib. 

Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər. 
Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.

Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO