Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub

Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub

Hazırda oxunan: Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub

150543

Lerikdə çayda bir nəfər boğularaq ölüb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Lerik yolunun 23-cü km Piran kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonundan Lerikə istirahətə gedən qohumlar istirahət mərkəzlərinin birində dayanıblar. 

Ailə üzvlərindən biri 2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO