DYP bu sürücülərə XƏBƏRDARLIQ EDİB

DYP bu sürücülərə XƏBƏRDARLIQ EDİB

Hazırda oxunan: DYP bu sürücülərə XƏBƏRDARLIQ EDİB

150527

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi konstruktiv bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib. 

Bu barədə Bizim.Media-ya idarədən bildirilib. 

Məlumata görə, aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələrinin istismarına yol verilir ki, bu da inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağırlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır: 
“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin kinetik enerjini udma xüsusiyyətinə malik passiv təhlükəsizlik elementlərindən biri olan bamperlərin təmir, zövq və digər səbəblərdən yerində olmadan idarə edilməsi hallarına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edir və yol hərəkəti zamanı nəqliyyat vasitələrində sözügedən nasazlıqların aşkar ediləcəyi təqdirdə onların sürücüləri barədə qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirlərinin görüləcəyini bildirir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO