Bakı-Quba yolu sürücülərin gününü QARA ETDİ... – VİDEO  

Bakı-Quba yolu sürücülərin gününü QARA ETDİ... – VİDEO  

Hazırda oxunan: Bakı-Quba yolu sürücülərin gününü QARA ETDİ... – VİDEO  

150487

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində əksər sürücülər bağlı yola görə alternativ yoldan istifadə edirlər. 

Bizim.Media xəbər verir ki, onlar tələskənlik nümayiş etdirərək torpaq yola keçirlər. 

Baş Dövlət Yol Polisi İdarəsi sözügedən yolda aparılan işlərlə bağlı sürücülərə müraciət edib.

Bildirilib ki, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. 
Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur. 

Hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün tədbirlər görülür. 

“Xezerxeber”in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO