Nazirlik: Bəzi rayonlarda yanğın indeksi yüksəkdir

Nazirlik: Bəzi rayonlarda yanğın indeksi yüksəkdir

Hazırda oxunan: Nazirlik: Bəzi rayonlarda yanğın indeksi yüksəkdir

150448

Respublikanın bəzi bölgələrində avqustun 11-də yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatıb. 

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöl, Şəmkir, Daşkəsəndə orta, Gədəbəy, Tovuzda yüksək, Ağdam, Naftalan, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksəkdir. 
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Şəki, Qax, Zaqatala, Balakəndə orta, Qəbələ, Oğuzda isə yüksək yanğın təhlükəsi növünə çatıb. 

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda orta, Qusar, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksəkdir. 

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi İsmayıllı, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb. 

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksəkdir. 

Qeyd edək ki, avqustun 12-14-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. 
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO