Jurnalistlərin pulunun köçürülməməsinə Dini Komitədən CAVAB – “11-i köçüb, 4-ü qalıb”  

Jurnalistlərin pulunun köçürülməməsinə Dini Komitədən CAVAB – “11-i köçüb, 4-ü qalıb”  

Hazırda oxunan: Jurnalistlərin pulunun köçürülməməsinə Dini Komitədən CAVAB – “11-i köçüb, 4-ü qalıb”  

150426

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumatda bu il “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinin keçirildiyi xatırlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Mübariz Qurbanlı jurnalistlərin pulunu niyə ödəmir? — "Artıq bankda deyirlər ki, komitə jurnalistlərlə məzələnib"

Bildirilib ki, yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib. 

Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb. 

Dövlət Komitəsindən qeyd olunub ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır. 

Qeyd edək ki, daha əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında keçirdiyi “Media və dini təhlükəsizlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlarını hələ də ala bilmədiklərini bildiriblər.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO