Laçına köçən sakinlər üçün ANAMA təlim KECİB - FOTO

Laçına köçən sakinlər üçün ANAMA təlim KECİB - FOTO

Hazırda oxunan: Laçına köçən sakinlər üçün ANAMA təlim KECİB - FOTO

150422

Bərpa edilən və yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı çərçivəsində növbəti mərhələdə köç edən 22 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib.

Agentlikdən Bizim.Media-ya  bildiriblər ki, təlimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və “Bakı Abadlıq” MMC-nin əməkdaşlarının da iştirakçılarla görüşü olub.

Laçın şəhərinə son mərhələ də daxil olmaqla indiyədək geri qayıdan ümumilikdə 150-dən çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələr, təhlükəli ərazilərin əlamətləri haqqında məlumat verilib. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən broşür və posterlər paylanılıb.

ANAMA-nın həyata keçirdiyi partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq layihələrinə uyğun olaraq öz yurdlarına geri qaytarılan sakinlərə irəliləyən zamanlarda da keçirilməyə davam etdiriləcək. Zəngilanın Ağalı kəndində vətəndaşların təhlükəsiz şəkildə yaşayışı və fəaliyyət göstərməsi bu cür təlimlərin faydasının bariz nümunəsidir.
Hər bir vətəndaş bilməlidir ki, verilən təlimatlara əsasən öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə həm özünü, həm də ailəsini baş verə biləcək bədbəxt hadisələrdən qoruyaraq, dövlətin bu istiqamətdə icra etdiyi fəaliyyətə müsbət töhfəsini verəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO