Naxçıvanda böyük yaşayış kompleksi tikiləcək - FOTO 

Naxçıvanda böyük yaşayış kompleksi tikiləcək - FOTO 

Hazırda oxunan: Naxçıvanda böyük yaşayış kompleksi tikiləcək - FOTO 

150415

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində - Doğum (Perinatal) mərkəzinin yaxınlığındakı 6,6 hektarlıq boş ərazidə 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in – “Naxçıvan yaşayış kompleksi”nin inşası planlaşdırılıb. 

Bizim.Media “nuhcixan.az” istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-9 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək. Binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olacaq və əsasən xidmət sahələri üçün nəzərdə tutulacaq.

Kompleksdə yeraltı və yerüstü avtodayanacaq, uşaq meydançası, basketbol və voleybol meydançaları, yeraltı içməli su anbarları və digər yardımçı sahələr də istifadəyə veriləcək. 2023-cü ilin sonuna başlanması nəzərdə tutulan tikinti işlərində 700-dən artıq muxtar respublika sakini çalışacaq.   
Avropa texnologiyalarına uyğun dizayn edilmiş, şəhərin ən əlverişli yerində və ictimai nəqliyyat yollarına yaxın yaşayış kompleksinin tikintisinin birinci mərhələsi 2 ilə, ikinci mərhələsi isə 4 ilə tamamlanacaq.   


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO