150 bal toplayanlar müsabiqəyə buraxılır - RƏSMİ

150 bal toplayanlar müsabiqəyə buraxılır - RƏSMİ

Hazırda oxunan: 150 bal toplayanlar müsabiqəyə buraxılır - RƏSMİ

150384

“Buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılır. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir. Həmçinin 150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.”

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, müəyyən ixtisaslar var ki, onlara sənəd vermək üçün minimum 400 bal və yuxarı nəticə tələb olunur. Bununla bağlı şərtlər “Abituriyent” jurnalında qeyd olunub.

Valideynlərə ixtisasları seçməzdən əvvəl jurnalda dövlət sifarişli ixtisasların təqdim olunduğu cədvələ baxmaları xahiş olunur. Burada görə bilərsiniz ki, əmək bazarında hansı mütəxəssislərə tələbat var. Rəqəmlər də buna görə uyğunlaşdırılıb. İnformasiya texnologiyaları üzrə 1300 dövlət sifarişli yer təqdim olunub. Ümumi dövlət sifarişli yerlər artıb və hər qrup üzrə bu say müxtəlifdir.

M.Abbaszadə qeyd edib ki, bütün qruplar üzrə 1612 ixtisas təqdim olunub, 55 min 907 plan yeri ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO