“İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakat asdı - Həbs edildi 

“İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakat asdı - Həbs edildi 

Hazırda oxunan: “İşığı söndürün, həyatım tort üfürəcək” yazılmış plakat asdı - Həbs edildi 

150310

Nizami rayonu ərazisində yerləşən tuneldən “işığı söndürün həyatım tort üfürəcək” sözləri yazılmış plakat asılıb.

Bizim.Media Qafqazinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı Şamil Məmmədov (ad-soyad şərti) plakatı yol hərəkətini tənzimləyən vasitələrin üzərindən asdıqdan sonra yolun ortasında dayanaraq plakatla şəkil çəkdirməyə başlayıb. 

O, həmin vaxt ərazidə olan polis əməkdaşının tələbini yerinə yetirməyib, plakatı sökməyəcəyini deyərək tabesizlik göstərib. 

Əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 510 ( xırda xuliqanlıq) və 531.1-ci (polisin qanunitələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. 

İnzibati xəta törədən şəxs məhkəmədə deyib ki, tanışı olan xanım ondan yaxınının ad gününə sürpriz etmək üçün “işığı söndürün həyatım tort üfürəcək” sözləri yazılmış plakat düzəltdirib “Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib.  
Nizami Rayon Məhkəməsinin qərarı ilə Ş.Məmmədov inzibati qaydada 10 sutka həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO