Lənkəranda 4 nəfərin batdığı əraziyə giriş QADAĞAN OLUNDU - VİDEO 

Lənkəranda 4 nəfərin batdığı əraziyə giriş QADAĞAN OLUNDU - VİDEO 

Hazırda oxunan: Lənkəranda 4 nəfərin batdığı əraziyə giriş QADAĞAN OLUNDU - VİDEO 

150302

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

“Belə ki, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı yerləşən qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, təəssüflə bildirməliyik ki, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb.
FHN-in dalğıc-xilasediciləri tərəfindən batan şəxslərin cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb.

Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib” – məlumatda qeyd olunub. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO