Plastik kartlarla xaricə gedənlərin NƏZƏRİNƏ: Limit tətbiq OLUNACAQ  

Plastik kartlarla xaricə gedənlərin NƏZƏRİNƏ: Limit tətbiq OLUNACAQ  

Hazırda oxunan: Plastik kartlarla xaricə gedənlərin NƏZƏRİNƏ: Limit tətbiq OLUNACAQ  

150288

“Plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etmələri lazımdır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz “Facebook” hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əcnəbilər bu il Azərbaycanda bank kartları ilə hansı həcmdə əməliyyat aparıblar?


Deputat bildirib ki, buna səbəb Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik etməsidir: 

“Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq”. 

V.Bayramov vurğulayıb ki, yəni Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz: 

“Bu, ölkə hüdudlarından kənarda kartlardan vəsaitin nağdlaşdırılması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə almaları vacibdir”. 

“Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq.
Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub”, - deyə V.Bayramov əlavə edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO