Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar aparılır.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, Paşatəpə adlanan ərazi Cəfərxanlı kəndi ərazisində yerləşir.
Qazıntı işlərini AMEA-nın Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları aparır. Kəndin mərkəzində yerləşən ərazidə ötən il də AMEA-nın əməkdaşları arxeoloji qazıntılar aparıblar. Ötən il qazıntılar zamanı təpədə 9 min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib.
Həmçinin çoxlu məişət əşyaları, insan sümükləri tapılıb. Bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb.
İlk belə nümunələr də Cəlilabadda yerləşən Əliköməktəpə yaşayış məskənində aşkar olunmuşdu.
Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 10.08.2023
Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar APARILIR – FOTO
Hazırda oxunan: Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar APARILIR – FOTO
Hazırda oxunan: Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar APARILIR – FOTO
150286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.