Yaşlılara yardım üçün ayrılan sosial xidmətçilər nə işlə MƏŞĞULDUR? – RƏSMİ AÇIQLAMA

Yaşlılara yardım üçün ayrılan sosial xidmətçilər nə işlə MƏŞĞULDUR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yaşlılara yardım üçün ayrılan sosial xidmətçilər nə işlə MƏŞĞULDUR? – RƏSMİ AÇIQLAMA

150236

Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin ötən dövründə 5052 nəfərə evdə səyyar formada sosial-məişət xidməti göstərilib. Onlardan 4553 nəfəri ahıl, 499 nəfəri isə 70 yaşdan aşağı əlliliyi olan şəxslər olub. Ümumilikdə isə sosial-məişət xidməti göstərilən 5052 vətəndaşın 744 nəfəri əlilliyi olan şəxslər olub.

Bu barədə Bizim.Media-ya qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Evdə xidmət göstərilən tənha ahıl və əlillərin sayı açıqlandı


Qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə evdə, səyyar formada sosial məişət xidməti göstərilir. 

DOST mərkəzlərinin yerləşdiyi ərazilər üzrə sözügedən proses ƏƏSMN-nin tabeliyində DOST Agentliyi, respublikamızın digər bölgələrində isə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir:

“Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatı işlərində, gündəlik tələbat mallarının alınmasında, digər işlərdə köməklik edirlər.

Eyni zamanda sosial xidmət müəssisələrində və mərkəzlərində stationar və yarımstasionar sosial xidmət göstərilməsi həyata keçirilir. Sosial Xidmətlər Agentliyinin 13 sosial xidmət müəssisəsində bu ilin ilk 7 ayında 3000-ə yaxın şəxsə sosial xidmət göstərilib.

Qeyd olunan dövrdə həmin şəxslər Agentliyin müxtəlif təyinatlı müəssisələrində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər stasionar xidmətlərlə təmin olunublar.

O cümlədən Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində hazırda 216 ahıla sosial xidmət göstərilir. Müəsissədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb.

Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işlərilə məşğul olmaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.

Ötən ilin əvvəlindən yaradılmağa başlayan və artıq bir neçə fərqli bölgədə xidmət göstərən sosial xidmət mərkəzlərində yarım stasionar formada sosial-pedaqoji və sosial-psixoloji, mərkəzlərdə sosial xidmətə cəlb olunan uşaqların valideynlərinə isə sosial-psixoloji və sosial-hüquqi yardım xidməti göstərilir.
Sosial xidmət mərkəzlərində həmçinin, valideyn bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil olunur. Uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təşkili məqsədilə bir sıra mədəni kütləvi tədbirlər həyata keçirilir. Ümumilikdə bu günə qədər bu mərkəzlərdə 531 yaxın şəxsə xidmət göstərilib”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO