Abşeron və Şəmkirdə qanunsuz tikintilərin QARŞISI ALINIB - VİDEO

Abşeron və Şəmkirdə qanunsuz tikintilərin QARŞISI ALINIB - VİDEO

Hazırda oxunan: Abşeron və Şəmkirdə qanunsuz tikintilərin QARŞISI ALINIB - VİDEO

150223

Abşeron və Şəmkirdə qanunsuz tikintilərin qarşısı alınıb.

Bizim.media xəbər verir ki bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində vətəndaş tərəfindən müvafiq icazəverici sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

Bundan başqa, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO