36 ton moruğun Rusiyadan geri qaytarılması məlumatlarına aydınlıq gətirildi - RƏSMİ

36 ton moruğun Rusiyadan geri qaytarılması məlumatlarına aydınlıq gətirildi - RƏSMİ

Hazırda oxunan: 36 ton moruğun Rusiyadan geri qaytarılması məlumatlarına aydınlıq gətirildi - RƏSMİ

150015

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində bu ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

AQTA-dan Bizim.Media-ya bildirilib ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub: 

“Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq, məhsul 2023-cü il 8 avqust tarixində yenidən Rusiya Federasiyasına ixrac edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO