Azərbaycanlı jurnalistlər Xocavənd rayonunun Edilli kəndində olublar.
Bizim.Media xəbər verir ki, səfər zamanı Trend TV-nin əməkdaşları sözügedən kənddə vaxtilə erməni generalın qaldığı evdə çəkiliş aparıblar.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində oldular
Tarixçi Nazim Tapdıqoğlu açıqlamasında bildirib ki, Edilli adı azərbaycanlı Ədil bəyin adı ilə bağlıdır:
"Çox istərdim ki, bu gündən sonra kəndin adı rəsmi yerlərdə Ədilli kimi qeyd olunsun. Bu kənddə vaxtilə erməni generalının məskunlaşdığı ev də var. Bu ev bir növ qərargah kimi də fəaliyyət göstərib. Erməni generalı buradan əsgər və yüksək çinli zabitlərə tapşırıqlar verirdi, ancaq gördüyünüz kimi müharibə başlayan kimi elə birinci qaçan erməni generalı və zabitləri olublar".
Bizim.Media